Bu gün 19 yaşadək futbolçular arasında 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan V qrupunda son oyunlar keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qrup lideri Ukrayna Türkiyəni, autsayder Azərbaycan millisi isə Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Ən azı qrup ikincisi kimi elit-raunda yüksəlmək üçün 6 xala malik Ukraynaya heç-heçə də kifayət edir. Bu nəticə "ay-ulduzlular"ı da növbəti mərhələyə çıxara bilər. Amma bundan ötrü millimiz Bosniya və Herseqovinanı yenməyi bacarmalıdır. İlk 2 turu qolsuz və xalsız başa vuran baş məşqçi Nazim Süleymanovun komandası qələbəyə nail olsa, mərhələ də adlaya bilər. Bunun üçün Ukrayna Türkiyəni məğlub etməlidir.
U-19 Avropa çempionatı
Seçmə mərhələ
V qrup
18:00. Ukrayna - Türkiyə - 3:4
Qollar: Marian Şved, 3. Aleksey Şkebetun, 15. Aleksandr Pixalonok, 29 - Abdurrahman Canlı, 49. Cengiz Ünder, 70. Berkay Özcan, 76. Muhammet Beşir, 78
Qırmızı vərəqələr: Vladimir Senitsiya, 69. Boqdan Mixayliçenko, 71 (hər ikisi Ukrayna)
Baş hakim: Nikola Reynviy (Fransa)
Yan xətt hakimləri: Frederik Haket (Fransa), Mubariz Haşımov (AZƏRBAYCAN)
Dördüncü hakim: Ömər Paşayev (AZƏRBAYCAN)
18:00. AZƏRBAYCAN - Bosniya və Herseqovina - 1:0
Qol: Bəhlul Mustafazadə, 41
Qırmızı vərəqə: Sanyin Leliç, 74 (Bosniya və Herseqovina)
Baş hakim: Eyko Saar
Yan xətt hakimləri: Neeme Neemlayd, Öysteyn İtterland
Dördüncü hakim: Tore Hansen (hamısı Norveç)
Xal durumu: Türkiyə - 6, Ukrayna - 6, Azərbaycan - 3, Bosniya və Herseqovina - 3.