"Formula 1"in San Pauluda keçirilən Braziliya Qran Prisinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, 71 dövrəlik məsafədən ibarət yürüşün qalibi "Mercedes"in almaniyalı pilotu Niko Rosberq olub.
Onun komanda yoldaşı Luis Hemilton ikinci, "Ferrari" pilotu Sebastyan Fettel isə üçüncü yeri tutub.
Bu nəticələrdən sonra pilotların mübarizəsində Hemilton 363 xalla liderliyini davam etdirir. Rosberq 297 xalla 2-ci, Fettel 266 xalla 3-cüdür.
Konstruktorların yarışında isə ilk 3 yeri "Mercedes" (660 xal), "Ferrari" (401 xal) və Williams (257 xal) tutur.
Qeyd edək ki, dünya çempionatına iki həftə sonra keçiriləcək Abu Dabi Qran Prisi ilə yekun vurulacaq.