Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim Bakıya gələcək. Sportnet.az-ın qardaş ölkə mediasına istinadən məlumatına görə, səfər sabah "ay-ulduzlular"ın noyabrın 17-də Yunanıstanla keçirəcəyi yoldaşlıq görüşündən sonra nəzərdə tutulub.
Türkiyəli mütəxəssisin açılış mərasimi üçün Azərbaycana gələcəyi bildirilir. Lakin tədbirin adı göstərilməyib. AFFA ilə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfər onların xətti ilə təşkil olunmayıb.