
Bakı. 17 noyabr. REPORT.AZ/ "Düşünürəm ki, çətin oyun olacaq. Buna baxmayaraq yaxşı nəticə qazanmaq üçün meydanda bütün gücümüzlə mübarizə aparacam". Sportnet.az-ın məlumatına görə, bunu yoldaşlıq oyunu çərçivəsində bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığmasının üzvü Aleksandr Onik deyib.
O, bildirib ki, Azərbaycan evdə oynadığından qələbəyə köklənib: "Biz də bura gəzməyə gəlməmişik. Mübarizə aparacağıq və sübut edəcəyik ki, biz də güclü komandayıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Baş məşqçi hər şeydə bizə dəstək verir və psixoloji olaraq oyuna hazırlayır. Bu isə futbolda çox vacib amildir".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova matçı saat 21:00-da başlayacaq.









                 




    
    
    
    
    
    
    
    
    



























































