1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-nın səbətləri müəyyənləşdi
Futbol üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, komandalar səbətlərə oktyabrda əsas seçmə mərhələnin yekunu olaraq, UEFA -nın açıqladığı yığma komandalar reytinqi əsasında bölünüblər.
Fransa millisi təşkilatçı ölkə kimi A qrupunda birinci mövqeni tutacaq və püşkatmaya qatılmayacaq. Bununla əlaqədar 1-ci səbətdə 5 komanda yer alacaq. Onlar qalan 5 qrupa bölünəcəklər. Digər 3 səbətdəki hərəyə 6 komanda eyni sayda qrupa paylanacaq.
Səbətlərin tərkibi:
1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İclandiya, Uels, Albaniya, Şimali İrlandiya
2016-cı ilin 10 - 22 iyununda keçiriləcək qrup mərhələsinin yekununda hər qrupda ilk 2 yeri tutacaq komandalar, eləcə də 3-cü yerin sahibləri arasında 4 ən güclüsü "play-off"a yüksələcək. 25 - 27 iyunda 1/8 final, 30 iyun - 3 iyulda 1/4 final, 6-7 iyulda yarımfinal görüşləri, 10 iyulda isə final matçı keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq.