Nardaranda şəhid olmuş polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub.
O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.
İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.
Qeyd edək ki, dünyasını dəyişmiş digər polis əməkdaşı Vüqar Nəsibov isə uşu-sanda üzrə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi olub.
Allah rəhmət eləsin!