
Voleybolçu qadınlardan ibarət "Azəryol" klubu CEV Kubokunda 1/8 final mərhələsinin ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ziya Rəcəbovun komandası Finlandiyada LP "Salo"nun qonağı olub.
Görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. İlk setdə 25:16, ikincisində 25:19 hesablı üstünlük əldə edən "Azəryol" yalnız üçüncü setdə ciddi müqavimətlə üzləşib. Bununla belə, komandamız 25:23 hesablı üstünlük sayəsində yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, cavab görüşü dekabrın 16-da Bakıda olacaq.







































































