1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitan: "Hələ son deyil"
Qadın voleybolçulardan ibarət "Azəryol" komandası sabah CEV Kubokunda ilin son görüşünə çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Finlandiyanın "Lp Salo" klubu olacaq.
İlk görüşdə 3:0 hesablı qələbə qazanan "Azəryol"un kapitanı Marin Apits cavab görüşü haqda fikirlərini bildirib. O, qalib gəlmək üçün komanda olaraq əllərindən gələni edəcəklərini söyləyib: "İlk görüşümüzü səfərdə keçirdik və qalib gəldik. Deyə bilərəm ki, bu qələbə çox lazımlı idi, amma hələ son deyil və əsas görüşümüz dekabrın 16-da Bakıda olacaq. Bütün komanda yoldaşlarımın adından cavab oyununda qalib gəlmək üçün əlimizdən gələni edib növbəti mərhələyə yüksəlməyə çalışacağımızı deyə bilərəm. Voleybol komanda oyunudur. Ona görə də hər birimiz qələbə üçün çalışmalıyıq".
Qeyd edək ki, dekabrın 16-da keçirilicək "Azəryol" - "Lp Salo" görüşü saat 18:00-da başlayacaq.