
Ümumdünya Taekvondo Federasiyası (World Taekwondo Federation) adını dəyişəcək. Sportnet.az-ın "İnsidethegames"ə istinadən məlumatına görə, buna səbəb təşkilatın abbreviaturasının yaxşı səslənməməsidir.
WTF-in mənalarından biri də populyar söyüşdür. İngilisdilli internet seqmentində bu, "What the f**k" ifadəsinin qısaldılmış forması kimi yayılıb.
WTF-nin baş katibi Hossa Rafatinin sözlərinə görə, adın tam dəyişdirilməsi planlaşdırılmır. Təşkilat gələcəkdə "World Taekwondo" adlanacaq. O, ad dəyişikliyinin xüsusən, marketinq imkanlarının genişləndirilməsi baxımından gərəkli olduğunu vurğulayıb. Bu zaman federasiya özündə hazırkı adından istifadə hüququnu saxlamaq niyyətindədir. Dəyişikliyin gələn ildən qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyası 1973-cü ildə Cənubi Koreyada yaradılıb. Elə həmin il Seulda ilk dünya çempionatı keçirilib.