
Bakının "Zirə" klubu Tərzin Cahangirovla yollarını ayırıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə 2015-ci il iyulun 6-da bağlanan 1 illik icarə müqaviləsi vaxtından əvvəl pozulub.
O, baş məşqçi Adil Şükürovun rəhbərliyi altında yarım mövsüm çıxış edib. Bu müddətdə əsas heyətin daimi üzvünə çevrilə bilməyən Cahangirov Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına da aparılmayıb.
Qeyd edək ki, Tərzin Cahangirov müqavilə üzrə "Qəbələ"yə məxsusdur.