İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçi Lui van Qalın rəhbərliyi altında ilk rəsmi matçından məğlub ayrılıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı şeytanlar" Premyer Liqanın I turunda "Old Trafford"da "Suonsi"yə uduzublar - 1:2.
Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Ueyn Runi, qonaq komandadan isə 28-ci dəqiqədə Ki Sun Yon, 73-cü dəqiqədə Gilfi Siqurdsson fərqlənib.
Bu, "Mançester Yunayted"in Premyer Liqanın ilk turuna təsadüf edən ev oyununda son 42 ildə ilk məğlubiyyəti olub. Sonuncu dəfə 1972-ci ilə təsüf edən ev məğlubiyyəti sonda komandanın 18-ci yeri tutması ilə nəticələnmişdi.