"Həm mənə, həm də komandama "İnter”ə qarşı oynamaq çətin olur. "İnter”in özünəməxsus oyun üslübu var, daha çox düşünməli oluruq". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının II turunda "İnter"lə matçdan sonra "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov 0:0 hesablı heç-heçəni normal nəticə adlandırıb: "Fikrimiz Avropa Liqasındadır, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq, komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram".