Ağdamın "Qarabağ" klubu Avropada yaşayan azərbaycanlılara müraciət edib. Sportnet.az-ın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözel avqustun 28-də Hollandiyada "Tvente" ilə keçirəcəkləri Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşündə soydaşlarımızdan dəstək gözlədiklərini bildirib.
Klub rəsmisi ev oyununda 0:0 hesablı heç-heçəyə rəğmən, azarkeş dəstəyindən xeyli razı qaldığını bildirib. O, Avropada yaşayan azərbaycanlıları cavab görüşünə dəvət edib: "Möhtəşəm dəstək gördük. Mən Azərbaycanda belə ab-havanın indiyədək şahidi olmamışdım. Hamımız böyük həyəcan keçirdik. Azərbaycan bir olmuşdu. Qoy, futbolçularımız bu dəstəyi ürəklərində Hollandiyaya daşısınlar. Buradakı milyonların dəstəyini hiss etsinlər. Bununla yanaşı, mən Avropadakı azərbaycanlıları, "Qarabağ"a ürək verən hər kəsi cavab görüşünə dəvət edirəm. Gəlsinlər, 50 nəfər olsunlar, 300 nəfər olsunlar, fərq etməz. Təki səsləri gur olsun. Mən dəvət edirəm, hamımız yığışaq və ürəyimizi, səsimizi "Qarabağ"ın qələbəsi naminə sərf edək".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |