
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanın uşu yığması da uğurla çıxış edib. Sportnet.az-ın məlumatına görə, bu növ üzrə yarışlar nümunəvi xarakter daşıyıb.
Olimpiadaya yollanan hər 3 uşu ustamız medal qazanıb. Bayram Şəmmədov (60 kq) gümüş, İlkin Vəliyev (52 kq) və Yerkin Osmanov (70 kq) bürünc medala sahib olub.