Prezident İlham Əliyev Çinin Nankin şəhərində keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələr ə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sportnet.az "AzərTAc"a istinadən xəbər verir ki, sərəncamla mükafatçılar sırasına düşən idmançılar və onları məşqçiləri üçün pul mükafatı müəyyənləşdirilib.
Birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat mükafat veriləcək. Bu sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.
Qeyd edək ki, Azərbaycan idmançıları Nankin olimpiadasında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanıblar.