
Matçı Andris Traysmanisin başçılıq etdiyi latviyalı hakimlər briqadası idarə edib. 6 turdan sonra İsrail 12 xalla 2-ci, millimiz isə 4 xalla 5-ci pillədə qərarlaşmışdı. İlk "3-lüy"ə düşmə şansını faktiki itirən komandamız qalib gəlsəydi, son pillədən qurtula və Makedoniyanı üstələyə bilərdi. Millimiz bu vəzifənin öhdəsindən layiqincə gəlib. Ağabala Ramazanov hesabı açdıqdan sonra Rəhman Hacıyev "dubl" edib. Nəticədə millimiz İsrail üzərində darmadağına imza atıb. Bu qələbə sayəsində xallarını 7-yə çatdıran komandamız 4-cü pilləyə yüksəlib.
19:00. AZƏRBAYCAN - İsrail - 3:0
Qollar: Ağabala Ramazanov, 22. Rəhman Hacıyev, 31; 87
















































































