
2017-ci il qadın voleybolçular arasında Avropa çempionatı Bakıda keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev məlumat verib.
Onun sözlərinə görə, artıq məsələ 90 faiz həllini tapıb. Qarayev bildirib ki, oyunların 3 məkanda - Bakı, Göygöl və Qubada təşkili nəzərdə tutulub. Azərbaycanın namizədliyinin təqdimatı oktyabrda Türkiyənin Antalya şəhərində təşkil olunacaq.