Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev yığmamızın son Avropa çempionatında uğursuz çıxışı ilə əlaqədar ünvanına yönələn tənqidləri cavablandırıb. Təcrübəli mütəxəssis Sportnet.az-a açıqlamasında iş metodlarının köhnəldiyinə dair iddiaları əsassız sayıb.
1984-cü ildən ölkə voleyboluna xidmət etdiyini deyən Qarayev yerini layiqli birisinə verməyə hazır olduğunu söyləyib: "Biz öz insanlarımıza qiymət verə bilmirik. Mən azərbaycanlıyam, 30 ildir voleyboldayam. İş metodlarım necə köhnələ bilər ki, yığmamız ayrı-ayrı vaxtlarda, amma mənim rəhbərliyim altında 3 dəfə dünya çempionatına vəsiqə qazanıb. Özümə 20 dənə yerdən təklif var. Kim layiqlidirsə, yerimi ona verməyə hazıram. Onsuz da yetərincə əlavə işlərim var".
Baş məşqçi səhhəti ilə əlaqədar milli komanda ilə yetərincə məşğul ola bilmədiyini də söyləyib. O bildirib ki, indiyədək 4 dəfə əməliyyat keçirib: "Sonuncu əməliyyat varikozla bağlı olduğundan, oyunlar zamanı texniki zonada ayaq üstə saatlarla durmağım mənə çətinliklər yaradır. Bu səbəbdən, qarşıdakı dünya çempionatında özüm tribunada, əsas köməkçim Aleksandr Çervyakov isə texniki zonada yer alacaq. Mən yığmanın məsləhətçisi olacağam".
Qeyd edək ki, voleybol millimiz ötən ilin sentyabrında keçirilmiş Avropa çempionatında qrupdakı hər 3 matçını uduzaraq, növbəti mərhələyə yüksələ bilməyib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |