Bakının "İnter” klubunun futbolçusu Elvin Məmmədovun Sportnet.az-a müsahibəsi...
- 10 illik yubileyini qeyd edən "İnter"in uğurları naminə hansı xidmətlərini qeyd edə bilərdiniz?
- Əvvəla, kimin bu klubda əməyi keçibsə, hamını təbrik edirəm. 10 il az müddətdir, amma "İnter” layiqli nəticələr göstərib. Özümə gəldikdə, "Turan”dan sonra ilk böyük klubum "İnter” olub. Həm futbolçu kimi, həm də milliyə düşmək üçün ən böyük şansı bu klubda qazandım. İlk avrokubok matçımı "İnter”də keçirmişəm. Klubun ilk çempionluğunda mən də burada oynamışam. Özümün klubdakı rolum və ya mövqeyimə gəldikdə, bunu hardasa dəyərləndirə bilmərəm, amma bir futbolçu kimi əlimdən gələn qədər "İnter”in çempionluğunda və ya qələbələrində az da olsa, payımın olduğunu düşünürəm.
- Tədbir zamanı mükafatlandırma oldu, amma oyunçulardan yalnız qapıçı Elşən Poladov xatirə hədiyyəsi aldı...
- Burada əsas olan odur ki, 10 illik fəaliyyəti dövründə klubda kim daha çox qalıb. Mən klubda iki il oynadıqdan sonra "Qarabağ”a getmişəm. İndi mükafat tələb etsəm belə, bu, haqsızlıqdır. Məsələn, Samir Abasov 5 ilədək "İnter"də çıxış edib. Mükafat verilməyə qalsaydı, o da ala bilərdi. Yəni, mükafat sahiblərini uzunmüddətli fəaliyyət əsasında müəyyənləşdiriblər.
- "Bakı”dan "İnter"ə keçməyiniz sırf klubun maliyyə vəziyyəti ilə əlaqədar oldu, yoxsa "bankirlər"in rəhbərliyi bu istəyi ortaya qoydu?
- Düzü, "Bakı" və ya digər klub haqqında danışmaq istəmirəm. Çünki bu transfer müddətində belə söhbətlər çox oldu. Təzədən o söhbətlərə qayıtmaq istəmirəm. Sadəcə, "Bakı” ilə müqaviləm başa çatdı, "İnter” təklif etdi və bura azad agent kimi gəldim. Burda başqa bir nüans yoxdur.
- Qayıdışınız elə də yaxşı olmadı: Zədə üzündə Avropa Liqasının təsnifat mərhələsindəki oyunları buraxdınız...
- Əslində başlanğıc üçün yaxşı başlamışdım. Moldovada "Tiraspol"la Avroliqanın I təsnifat mərhələsinin ilk görüşündə 2 qol, 1 məhsuldar ötürmə verdim. Bunlar mənim üçün yaxşı başlanğıc idi. Hər kəs "Elvin yenidən qayıtdı" deyirdi. Amma cavab görüşünə 2 gün qalmış zədə aldım. İki ayadək oyunlara çıxa bilmədim. Avroliqadakı 4 matçdan yalnız 1-də forma geyindim. Bu, futboldur. Heç kim belə zədələrdən sığortalanmayıb. Elə bir vəziyyətdə zədələndim ki, bərpası uzun müddət çəkdi.
- İndi necə: Əvvəlki formanızı yığa bilmisiniz, yoxsa zədə hələ də oyununuza təsir edir?
- Əlbəttə, iki ay uzun müddət idi. Bu səbəbdən, əvvəlki formama qayıtmaqda çətinik çəkirəm. Amma sağ olsun baş məşqçimiz, ümumiyyətlə bütün məşqçilərimiz. Mənim üzərimdə fərdi məşqlər keçirlər. Oyun təcrübəsi qazandıqca özümü daha yaxşı hiss edirəm. Hər oyunda meydana əvəzetmədən daxil oluram. Gələn həftədən yenə uzunmüddətli məşqlər üçün fasilə olacaq, yenidən əvvəlki formama qayıdacağam.
- Bir ara millimizdə də özünüzü yaxşı tərəfdən göstərə bilirdiniz. Amma sonradan dəvət almamağa başladınız. Bu, nə ilə əlaqədar oldu?
- Əslində düz qeyd edirsiniz. Demək olar ki, iki ildir milliyə düzənli çağrılmıram. Baş məşqçi ilə söhbət etmişəm, mənə "Klubda daimi oynamırsan" arqumentini gətirib. Mən də sadəcə, onun fikirlərinə hörmətlə yanaşıram. Başqa bir şey demirəm. Deyir ki, daimi oynasam, məni milliyə çağıracaq. Mən də başımı aşağı salıram. Əslində isə "Bakı”da davamlı oynadığım vaxt da milliyə dəvət almırdım. İnşallah, "İnter”də baş məşqçi Kaxaber Tsxadadze şans versə, milliyə yenidən qayıtmaq istərdim.
- Bəlkə Foqtsa barənizdə düzgün məlumat çatdırmırlar?
- Mən Foqtsla tərcüməçi vasitəsilə danışıram. Baş məşqçi də deyir ki, klubunda davamlı oynamırsan.
- Ola bilərmi ki, yığmanın baş məşqçisi oynayıb-oynamamağından xəbərsizdir?
- Bunu bilmirəm. Amma üç il əvvələ qayıtsaq, "Qarabağ”da oynayanda da davamlı oynamırdım, buna baxmayaraq hər dəfə milliyə çağrılırdım və hətta qol vururdum. Millidə işlərim uğurlu alınırdı. Foqtsun köməkçiləri var, bilmirəm kim ona nə çatdırıb-çatdırmır. Amma vaxt var idi ki, bu, belə idi. Özünə də demişəm ki, klubumda oynamadığım vaxtlarda belə məni yığmaya çağırmısınız. Mənə deyib ki, nə problemim olsa, ona bildirim. Amma deyirəm, cavab verir ki, klubunda oynamırsan. Halbuki əvvəllər onun mənə futbolçu kimi hörməti olub. Bəzən məşq vaxtı məni göndərib ki, get dincəl. Belə hallar da olub. Amma uzun müddətdir ki, görüşmürük, üz-üzə söhbət etmirik. Ona görə də hazırda barəmdə nə fikirləşdiyini, məndən ona nə çatdırdıqlarını bilmirəm. Yəni, yanlış fikir çatdırdıqlarını, məni izləyib-izləmədiyini demək mənim üçün çətindir.
- Foqts yeni futbolçular tapıb. Sizin mövqeyinizdə indi Dmitri Nazarov oynayır...
- (gülür) O barədə heç nə demək istəmirəm. Çünki danışdıqca iplər qopur. Seçiminə hörmətlə yanaşıram. Məni çağırsa belə, yenidən milliyə əlimdən gələn köməyi etmək və oynamaq istəyirəm.

- Legioner limitindəki dəyişiklikdən sonra klublarda yerli futbolçulara daha çox yer verilir. Bu, əsasən, əcnəbilərin xidmətindən yararlanmış "İnter"in oyun keyfiyyətinə necə təsir göstərir?
- Əslində vaxtilə klubların start heyətində 3 legionerin yer almasına icazə verilirdi. Bununla belə, azərbaycanlı futbolçuların səviyyəsi yetərincə yüksək idi. Bəlkə də sizə kənardan fərqli görünür. Amma fikrimcə, bu, belə deyil. Razıyam, yerli futbolçular daha çox işlədilməlidir. Tənqidlər də yeri gələndə olmalıdır. Amma hər bir futbolçunun öz çəkisi, oyun üslubu var.
- Valentin Xodukinin futbolçu karyeranızda rolunu nədə görürsünüz?
- Onun həqiqətən də rolu böyük olub. Hələ "Turan"da çıxış etdiyim vaxt məni israrla "İnter"də görmək istəyirdi. Mən 6 ay da "Turan”da artıq qaldım. Bununla belə, məndən əl çəkmədi. Gənc yaşımda lider komandaya gəlib çempion oldum. Şans verdiyi üçün ona minnətdaram. Onun sayəsində də milliyə çağırıldım və daimi oynadım.
- "İnter"ə həmin vaxt Cavid Hüseynovla birlikdə gəlmişdiniz, amma bu dəfə o, Sizinlə birgə qayıtmadı...
- Cavid öz yolunu seçdi. Bizdə elə bir vəziyyətdir ki, mən hara gedirəm Cavid də ora gəlir. Bu, futbolda ola biləcək bir şeydir. Heç bir yerə ikimiz də sözləşib getmirik. Ya mən yarım il, ya da da bir il əvvəldən gedirəm, sonra da Cavid gəlir. "İnter"də də elə oldu. Əvvəlcə mən gəldim, 6 ay sonra Hüseynov. Ardından, Cavid qaldı, mən "Qarabağ"a keçdim. Daha sonra "Bakı"ya keçdim, o, Türkiyədən gəldi. Amma bu dəfə mən "İnter"ə, Cavid "Qəbələ"yə keçdi.
- Çempionatda lidersiniz, sonadək qoruya biləcəksiniz?
- İnşallah. Düzdür, çempionat yenicə başlayıb. İrəlidə xeyli oyun var. Hər şey ola bilər.
- Ötən tur maraqlı hadisə baş verdi: Həm Bakı, həm də İtaliya "İnter"i rəqiblərini 7:0 hesabı ilə məğlub etdi.
- (gülür) Belə hallar da olur. Nəticələr üst-üstə düşə bilər. Amma çox sevinə də bilmirəm. Çünki "Bakı" da bu dəqiqə arzuolunan vəziyyətdə deyil. Bizi isə çempionatın sonuna 3 tur qalmış təbrik edərsiniz. Hələ tezdir.
Şəfiqə ELMANQIZI