
Voleybolçu qadınlar arasında İtaliyada təşkil olunan dünya çempionatında bu gün Azərbaycan millisi növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığmamız 4-cü matçında Belçikanı sınağa çəkib.
İlk 3 turdan sonra millimiz 4 xalla 3-cü, Belçika isə 3 xalla 4-cü pillədə qərarlaşmışdı. Bu isə o demək idi ki, komandamız ən azı 2 set fərqi ilə qalib gəlsəydi, qrupun ilk "4-lüy"ündə yerini təmin edəcək və son turda Kuba ilə görüşün nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Amma görüş Belçikanın qələbəsi ilə nəticələnib - 3:0. Bununla da millimiz 3-cü pilləni Belçikaya qaytarıb.
Xoşbəxtlikdən, digər oyunlarda Puerto Riko və Kubanın məğlubiyyəti komandamızın 4-cü pillədən aşağı enməsinə imkan verməyib.
27 sentyabr
D qrupu, V tur
13:30. Azərbaycan - Belçika 0:3 (21:25, 12:25, 21:25)
20:00. Yaponiya - Puerto Riko - 3:0 (25:21, 25:20, 25:19)
23:00. Çin - Kuba - 3:0 (25:15, 25:11, 25:18)
Xal durumu: Çin - 12, Yaponiya - 10, Belçika - 6, AZƏRBAYCAN - 4, Puerto Riko - 4, 6. Kuba - 0.