"Paytaxtımızda belə turnirin start götürməsi şahmatçıları sevindirir. Həm mən, həm də Teymur ümidləri doğrultmağa çalışacağıq". Sportnet.az xəbər verir ki, bu sözləri Bakıda start götürən Qran-Pri barədə fikirlərini bölüşən tanınmış şahmatçımız Şəhriyar Məmmədyarov deyib.
Məmmədayrov daha sonra əlavə edib: "Heyətə baxarkən Qran-Pridə güclü şahmatçıların mübarizə apardığını görürük. Bununla belə, çox istərdim ki, yenidən iddiaçılar turnirinə vəsiqə qazanım".
Qeyd edək ki, 4 mərhələdən ibarət Qran-Pridə ilk iki yeri tutacaq şahmatçılar iddiaçılar turnirində yarışmaq imkanı qazanacaqlar. Məmmədyarovun ilk turdakı rəqibi dünya şöhrətli qrossmeyster Teymur Rəcəbov olacaq: "Teymurla görüşə gəldikdə, biz bir-birimizi yaxşı tanıyırıq. Şahmatsevərləri maraqlı partiya gözləyir".