1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov: "Qasığım ağrıyır, müalicə almasam..." - EKSKLÜZİV
"Qəbələ" klubunun yarımmüdafiəçisi Ruslan Abışovun millidən uzaqlaşdırılmasının konkret səbəbi məlum olub. Sportnet.az-a danışan təcrübəli futbolçu açıqlamasında zədəsinin ciddiliyini vurğuladı.
Qasıq nahiyəsinin ağrıdığını deyən Ruslan müalicəni mütləq davam etdirmək məcburiyyətində olduğunu bildirdi: "Son iki matçda meydana çıxsam da, ağrılar rahat oynamağıma imkan vermirdi. Klub həkimləri gördülər ki, vəziyyətim yaxşı deyil. "Xəzər Lənkəran"la qarşılaşmadan sonra rentgendən keçib müayinə olundum, həkimlər vəziyyətin ciddi olduğunu dedilər".
Son zamanlar istənilən formada oynaya bilməyən milli komandamızın aparıcı üzvü belə davam etsə, zədəsi daha ciddi fəsadlara yol aça bilər: "Həkimlər tapşırdılar ki, müalicəni ciddi şəkildə davam etdirməliyəm. Əks-halda vəziyyətim pisləşə bilər. Hazırda Tusi adına bərpa mərkəzinə gedib-gəlirəm. Gündəlik müalicə kursu götürmüşəm".
Qeyd edək ki, yarımmüdafiəçi qarşıdakı iki həftədə "Qəbəblə"nin də hazırlıq prosesində iştirak etməyəcək.