Sportnet.az saytı ötən 7 gün ərzində dərc olunmuş açıqlamalardan ən maraqlı sitatları təqdim edir...
Mahmud Qurbanov (Millinin məşqçisi): "Ola bilsin, Foqts onların Bolqarıstanla qarşılaşmadakı çıxışından narazı qalıb. Bu səbəbdən, Şükürovla Cavadovu milliyə çağırmayıb".
Zeynəb Məmmədyarova (Azərbaycanın şahmatçı qadınlardan ibarət milli komandasının kapitanı): "Yenə deyirəm, qızlar gedilən yarışlarda da öz üzərlərində yaxşı işləyə bilmədiklərindən, yer tuta bilmirlər. Yalnız tələbə hazırlaşdırmaqla maddi vəziyyətlərini yaxşılaşdırırlar. O vaxtı özlərinə sərf eləsələr, federasiya onları təqaüd-maaşla təmin etsə, qızlarımız çox yaxşı olar. Çünki qızlarımızda birlik oğlanlardan daha çoxdur. Uzun illərdir ki, şahmat yığmamızın kapitanıyam. Mənə cəmi 500 manat, digər şahmatçılara 200 manat verilir. Bununla necə... Yəni, gülməli rəqəmdir. Çox gülməli rəqəmdir".
Elnur Məmmədov ("Neftçi"nin vitse-prezidenti"): "Neftçi” klubunun prezidenti Sadıq Sadıqov şəxsən bu vəzifəni mənə təklif etdi. Düzü, bir qədər gözlənilməz oldu. "Neftçi”də işləmək şərəfli, eyni zamanda məsuliyyətli bir işdir. Buna qədər Sadıq müəllimlə birlikdə dəfələrlə "Neftçi”nin "Bakcell Arena”da keçirilmiş oyunlarını izləmişik. Futbol mövzusunda müzakirələrimiz çox olub. Oyunların təşkili məsələləri ilə əlaqədar "Neftçi”nin rəsmiləri və ümumilikdə əməkdaşları ilə daim əlaqədə olmuşam".
Orxan Məmmədov (Hakim): "Şok, şok, şok! Hazırda Qəbələdə baş vermiş zəlzələdə mən də iştirak etdim. Saat 6:46-da inanılmaz zəlzələ oldu. İnanmazsınız, qorxdum. Ama ləzət elədi..."
Xaqani Məmmədov (Hakimlər Komitəsinin sədri): ""Orxan Məmmədovun "Neftçi”nin qapısına təyin etdiyi penalti haqqında heç bir KİV-ə açıqlama verməmişəm. Konkret epizoda gəldikdə, qərar səhv idi. Düzdür, hakim də insandır, səhv edə bilər. Dünən Çempionlar Liqasında Ronaldo özünü yerə atdı, hakim penalti təyin etdi. Amma söhbət tək həmin epizoddan getmir, hakim ümumilikdə oyunda zəif iştirak etdi. Oyun göstərdi ki, Orxan daha böyük oyunlara hazır deyil. Artıq 6 ildir mənim yerimə o qədər adam gəlib dedib ki. Markus Merkdən tutmuş Andersk Friskə kimi. Kimlər gəlib-getməyib ki, mənim yerimə. Bu 6 ildir məni yola salıb qaytarırlar".

Fariz Nəcəfov ("Qəbələ"nin vitse-prezidenti): Bu, telefonda fikir bildirməklə həll olunası məsələ deyil. Məncə, yaxşı olar ki, AFFA rəhbərliyi klub rəhbərləri və baş məşqçiləri ilə birgə iclas keçirsin və hər kəsi qane edəcək qərar qəbul olunsun. Millinin baş məqşçisi də burada iştirak etməlidir. Qəbul olunan qərarlar ayrı-ayrılıqda narazılıqlar yaradır, onları bir yerdə müzakirə edib, yekun qərara gəlmək lazımdır ki, bu hallar təkrarlanmasın. Bütün problemləri aradan qaldırmaq üçün görüşə ehtiyac var".
Leyla Solmaz (Qızlardan ibarət milli komandanın futbolçusu): "Dinə çox yaxın olmasam da, bu bayramı sevirəm. Ailəmlə qeyd edirik, evimizdə yeməklər bişirilir. Böyüklərin əllərindən öpürük, onlar da bizə pul verirlər”.
Valter Matsari ("İnter”in baş məşqçisi): "Futbolçular "Qarabağ”la oyunda çox həyəcanlı idi. Onlar növbəti məğlubiyyətdən qorxurdular. Lakin səhvərini anlamışdılar və bu səbəbdən "Qarabağ”a qarşı düzgün oynadılar. Komandamın hər bir üzvünə təşəkkür edirəm. Həmçinin, azarkeşlərə minnətdaram. Onlar son uğursuz nəticədən sonra da bizi tək qoymadı”.
Kirsan İlyumjinov (FİDE prezidenti): "Mən Heydər Əliyevdən aldığım məsləhətlər sayəsində işimdə çoxlu səhvlərdən sığortalanmışam. Eyni zamanda məhz Heydər Əliyevin sayəsində Harik Vaynşteyn dünya çempionu Harri Kasparova çevrilib. Əgər o Harikə qayğı göstərməsəydi şahmat aləmi onu 13-cü dünya çempionu kimi tanımazdı. Şahmatın inkişafı istiqamətində gördüyü işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm."
Əfqan Talıbov (Mütəxəssis): "İndi onlar("İnter") oyunlara baxır, təhlil edirlər. Görürlər ki, "Qarabağ” Avropa futbolu nümayiş etdirir. Azərbaycan futbol ölkələri sırasında arxalarda olsa da, klublarımızda üəyyən irəlləyişləri görüb hesablaşırlar. Görürlər ki, hansısa "qapazaltı” komanda gəlmir. "Qarabağ”ın burada da, orada da nümayiş etdirdiyi futbolu təhlil edib, ciddi oynayacaqlar. Məncə, onlar "Qarabağ”a "barmaqarası” baxa bilməzlər. "Qarabağ” samballı və cəzalandıran komanda kimi qələmə verilir".