
İtaliya: 1. Buffon (kap.), 2. De Şilyo, 3. Kyellini, 13. Ranokkia, 19. Bonuççi, 20. Darmian, 8. Markizio, 15. Florentsi, 21. Pirlo, 7. Zaza, 9. İmmobile
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Elnur Allahverdiyev, 6. Bədavi Hüseynov, 8. İlkin Qırtımov, 14. Rəşad Sadıqov (kap.), 7. Аraz Abdullayev, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 10.
Rüfət Dadaşov, 11. Rauf Əliyev
Hakim inspektor: Alan Freland (Şotlandiya)
UEFA nümayəndəsi: Tis Rolan (Belçika)
Palermodakı "Rentso Barbera" stadionundan mətn yayımına başlayırıq. İtaliya - Azərbaycan matçından öncə komandalar birgə irqçiliyə qarşı olduqlarını nümayiş etdirirlər.
Oyun başladı. 5` Bədavi Hüseynovun müdafiədəki kobud səhvindən sonra Markizio topa yiyələnərək, hesabı açmağa yaxın oldu.
9` İmmobile çoxgedişli kombinasiyadan sonra topu qapının yanından vurdu.
İlk 10 dəqiqə ərzində oyun meydanın millimizə aid hissəsində, daha dəqiqi, cərimə meydançası həndəvərində keçir.
12` Dadaşov Kyelliniyə qarşı kobudluğa görə sarı vərəqə alır.13` Kamran Ağayev Bonuççinin zərbəsindən sonra komandamızı qoldan xilas etdi.
18` İlkin Qırtımov De Şilyo ilə mübarizədə yerdə qalır. Xoşbəxtlikdən, zədəsi ciddi olmur və o, oyuna davam edə bilir.
26` Qarayevin kobud səhvindən sonra italiyalı futbolçuların hücumu künc zərbəsi ilə nəticələndi. Kornerdən sonra isə Bonuççinin təhlükəli zərbəsini Kamran Ağayev qaytara bildi.
31` Qapı qarşısına ötürmədən sonra Bonuççinin zərbəsi Hüseynova dəyir. İtaliyalılar Bədavinin əllə oynadığını iddia edir.
33` Millimizin əks-hücumu zamanı Pirlo Rauf Əliyevə qarşı kobud oynayır. Referi ona sarı vərəqə göstərir. Nazarov isə veteran futbolçuya etirazını bildirir. Meydanda kiçik toqquşma yaranır. 36` Allahverdiyevin kobud oyunundan sonra Pirlonun yerinə yetirdiyi cərimə zərbəsi və Ranokkidən təhlükəli vuruş. Top qapının üstündən keçir.
40` Dadaşovun uzaq məsafədən zərbəsi qapının üstündən keçir.
44`
Künc zərbəsindən sonra Ağayevin irəli çıxmasından yararlanan Kyellini hesabı açdı.
İlk yarı başa çatdı.
İkinci hissə başladı
46` Millimizdə əvəzləmə. Qırtımovu Ramaldanov əvəzləyir. 47` Zaza topu başı üzərindən tora göndərmək istəyir. Top qapıdan azacıq aralı keçir.
48` Millimiz daha bir təhlükə yaşadı. Zaza topa tullanaraq, zərbə endirmək istərkən, təhlükəli oynadı. Referi oyunu saxladı.
59`
Millimizdə növbəti əvəzləmə. Dadaşovun əvəzinə Cavid Hüseynov oyuna girdi. 62` Millimizin qapısı qarşısında növbəti təhlükəni Qarayev sovuşdurur.
66` Nazarov mərkəzdə topu ələ keçirərək, bir qədər irəlilədikdən sonra zərbə endirir. Buffon o qədər də qüvvətli olmayan topu tutur.
68` Zaza qapı qarşısına ötürmədən sonra təhlükəli zərbə endirir. Top qapıdan azacıq aralı keçir.
73`İtaliya yığmasında rekord sayda - 113-cü oyununu keçirən Pirlo meydanı tərk edir. Onun yerinə Akvilani meydana girir. QOOOOL!!!!!!!!!75` Millimiz ilk künc zərbəsi qazanır. Künc zərbəsindən sonra Rauf Əliyevin zərbəsinin qarşısını almaq istərkən, Kyellini topu öz qapısına göndərir.
Florentsinin əvəzinə Covinko meydana girir.
Darmianın əvəzinə Kandreva meydana girir.
Yenə künc zərbəsi, yenə Kyellini. Covinkonun ötürməsindən sonra o, İtaliyanı yenidən hesabda önə çıxardı.
Rəşad Sadıqov İmmobilenin hücumunun qarşısını kobudluqla alır və cəzalanır. 85` İtaliya növbəti dəfə toru silkələyir. Amma referi Zazanın Ağayevə qarşı kobud oynadığını bildirərək, qolu hesaba almır.
86` Millimizdə növbəti əvəzləmə. Əmirquliyevi Nadirov əvəzləyir.
87` Zazaya kobud oyuna görə sarı vərəqə göstərildi. 90` Oyuna 3 dəqiqə artırıldı.
90+1` Covinkonun zərbəsi qapı tirinə tuş gəldi.
Oyun başa çatdı.









































































