"Bu il həm Avropa Liqası, həm dünya çempionatında yığmanın baş məşqçisi mən olmuşam. Gələcəkdə nə baş verəcəyi, bu vəzifəyə təsdiq edib-etməyəcəklərinə federasiya rəhbərliyi qərar verəcək". Bunu Sportnet.az-a açıqlamasında voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Çevyakov deyib.
Çervyakov bildirib ki, Faiq Qarayev bu vəzifəyə qayıtsa, məmnuniyyətlə onun rəhbərliyi altında çalışmağa hazırdır. Lakin o, yerinə başqasının gətiriləcəyi halda, həmin baş məşqçinin köməkçisi olmayacağını vurğulayıb: "Faiq müəllimlə bir komandada oynamışıq, uzun müddət onun rəhbərliyi altında işləmişəm. Baş məşqçi postuna qayıtsa və yenə kömək təklifində bulunsa, əlbəttə, yardımçı olacağam. Bu məsələdə həyati boyunca fikir ayrılığı ola bilməz. Başqası gəlsə, əlbəttə, onun köməkçisi olmayacağam".
Qeyd edək ki, Faiq Qarayev səhhətindəki problemlərlə əlaqədar millimizin baş məşqçi postundan ayrılıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |