
I Divizionda münarizə aparan "Rəvan"dan klub rəhbərliyindəki yerdəyişmə ilə bağlı xəbərlərə rəsmi münasibət bildirilib. Klubun mətbuat katibi Şamo Quliyev Sportnet.az-a açıqlamasında Bəhruz Şirəliyevin vitse-prezident postundan kənarlaşdırılmasını təsdiqləyib.
Onun sözlərinə görə, Şirəliyev işlərinin çoxluğu ilə əlaqədar tutduğu vəzifədən ayrılıb: "Bildiyiniz kimi, "Rəvan" cari mövsümdə uğurlu çıxış edir, komanda məğlub olmayıb, ardıcıl 4 görüşdü qalib gəlir. "Rəvan" yaranandan Bəhruz müəllim klubda olub, bu sahədə yetərincə təcrübəyə sahib birisidir. Arada heç bir narazılıq-filan olmayıb. Sadəcə, indi digər işlərinin çoxluğu ilə əlaqədar klubdan ayrılıb".
Şirəliyevin əvəzinə bu posta İlqar Axundov gətirilib.
Qeyd edək ki, xəbəri ilk fədə Futbolinfo.az saytı yazıb.