Azərbaycan milli komandası bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, III turda rəqib Xorvatiya yığmasıdır.
Qrupda Xorvatiya 6 xalla ikinci pillədə qərarlaşıb. Keçirdiyi hər iki oyunda məğlub olan Azərbaycan isə 5-ci sıradadır.
Buna kimi Azərbaycanın əsas millisi Xorvatiya yığması ilə heç vaxt qarşılaşmayıb. Ancaq oyunda əsas favorit meydan sahibləri hesab olunur.
Avro-2016. Seçmə qrup mərhələsi. H qrupu
13 oktyabr
13 oktyabr
23:45. Xorvatiya – Azərbaycan - 6:0
Qollar: Andrey Kramariç, 11. İvan Perişiç, 34; 45. Marselo Brozoviç, 45+2. Luka Modriç, 56-penalti ilə. Rəşad Sadıqov, 61 - öz qapısına
Xorvatiya: 23. Daniyel Subaşiç, 5. Vedran Çorluka, 11. Dariyo Srna (k), 21. Domaqoy Vida, 3. Daniel Pranyiç, 7. İvan Rakitiç, 10. Luka Modriç, 14. Marselo Brozoviç, 20. Mateo Kovaçiç, 17. Mario Mandzukiç, 22. Andrey Kramariç

Ehtiyat oyunçular: 1. İvan Varqiç, 12. Lovre Kaliniç, 2. İvan Tomeçak, 6. Qordon Şildenfeld, 15. İvan Striniç, 19. Hrvoye Miliç, 4. İvan Perişiç, 8. Alen Haliloviç, 9. Domaqoy Antoliç, 13. Duye Çop, 18. İvitsa Oliç
Baş məşqçi: Niko Kovaç
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Elnur Allahverdiyev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 18. Maksim Medvedev, 3. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 4. Elvin Yunuszadə, 8. İlkin Qırtımov, 20. Ufuk Budak, 22. Tərlan Quliyev, 16. Cavid Hüseynov, 21. İlter Taşkın, 9. Məhəmməd Qurbanov, 10. Rüfət Dadaşov, 15. Ağabala Ramazanov, 17. Vüqar Nadirov
Baş məşqçi: Berti Foqts
Baş hakim: Stefan ŞtuderBaş hakimin köməkçiləri: Sandro Potsi, Jan-İves Vixt
Dördüncü hakim: Vital Jobin
Əlavə hakim köməkçiləri: Alen Byeri, Saşa Amhof
(Hakimlər briqadası İsveçrədəndir)
UEFA nümayəndəsi: Mixal Listkeviç (Polşa)
Hakim-inspektor: Lesli İrvayn (Şimali İrlandiya)
13 oktyabr 2014. Osiyek, "Qdanski vrt" stadionu
Salam. Xorvatiya - Azərbaycan matçından mətn yayımına başlayırıq.
Oyun başladı.
8` Millimizin qapısı qarşısında ilk təhlükə. İvan Rakitiçin qapı qarşısına asmadan sonra baş zərbəsi qapının azacıq üstündən keçdi.
11` Qapı qarşısına cinah ötürməsindən sonra Kramariç hesabı açdı
14` Qapı qarşısına növbəti ötürmə. Bədavi Hüseynov bu dəfə xorvatiyalı hücumçunun zərbə endirməsinə imkan vermədi.
17` Künc zərbəsindən sonra Kramariçin baş zərbəsi qapının yanından keçdi.
17` Rasim Ramaldanova kobud oyuna görə sarı vərəqə göstərildi.
20` Sadıqovun qaytardığı topa Pranyiçin qüvvətli zərbəsi qapı tirinə tuş gəldi. Millimiz növbəti qol təhlükəsindən qurtuldu.
22` Rauf Əliyev Çorluka ilə mübarizədən qalib ayrılaraq, topu rəqib qapısına tərəf vurur. Top qapının azacıq yanından keçir. Millimizin rəqib qapısı qarşısında yaratdığı ilk təhlükə...
Deyəsən, yığmamız tədricən təşəbbüsə yiyələnir...
Xorvatiya yığmasında məcburi əvəzləmə. Zədəli Kovaçiçin yerinə Perişiç meydana girir.
30` İvan Perişiç cinahdan növbəti asmadan sonra topu qapının yanından vurdu.
30` Millimizdə əvəzləmə. Qarayevin əvəzinə Ramazanov meydana girdi.
34`Rakitiçin yerinə yetirdiyi cərimə zərbəsindən sonra Perişiç başla topu millimizin qapısından keçirir.
37` Ramazanov Perişiçə qarşı kobudluğa görə sarı vərəqə alır.
41` Xorvatiya yığmasının qol epizodları bir-birini əvəz edir. Rakitiçin cərimə zərbəsindən sonra Perişiçin baş zərbəsi təhlükəli alındı.
41`Foqtsdan anlaşılmaz qərar. 30-cu dəqiqədə meydana girən Ramazanov cəmi 11 dəqiqə sonra yerini Cavid Hüseynova verir.
45`Pranyiçin cinah ötürməsindən sonra Perişiç başla topu millimizin qapısından keçirir.
İlk yarıya 1 dəqiqə əlavə olundu.
45+2. Modriçin ötürməsindən sonra yığmamızın cərimə meydanında topu qəbul edən Brozoviç qapıdan keçirir.
İlk yarı başa çatdı.
İkinci hissə başladı.
47` Rakitiç çoxgedişli kombinasiyadan sonra 5-ci qolu vurmağa yaxın oldu. Onun zərbəsinin qarşısını müdafiəçilər aldılar.
53` Kramariçin uzaqdan zərbəsini Ağayev 2-ci cəhddə tutmağı bacardı.
56` Elnur Allahverdiyevin cərimə meydanı daxilində təhlükəli oyununu Ştuder penalti kimi dəyərləndirir.
56` Modriç penalti zərbəsi ilə hesabı 5:0-a çatdırır.
58` Nazarovun uzaqdan zərbəsi qapının yanından keçdi.
59` Modriçin əvəzinə İspaniya "Barselona"sının B komandasının 18 yaşlı futbolçusu Alen Haliloviç meydana girir.
61` Rəşad Sadıqov cinahdan qapı qarşısına ötürülən topu uzaqlaşdırmaq istərkən, öz qapısına göndərir.
63` Rakitiçin zərbəsi qapıdan azacıq aralı keçdi. Az qala 7-ci qol da vurulacaqdı.
67` Tərlan Quliyev Allahverdiyevin əvəzinə meydana girir.
71` Kamran Ağayev Kramariçin zərbəsini bu dəfə dəf edə bildi.
72` Cavid Hüseynovun zərbəsindən sonra top qapıdan azacıq aralı keçdi.
73` Rakitiçin künc zərbəsi birbaşa qapıya ünvanlandı. Ağayev topu yumruğu ilə qaytardı.
76`Kramariçin əvəzinə Oliç meydana girdi.
84` Nazarov bir qədər irəlilədikdən sonra zərbə endirdi. Top rəqib müdafiəçiyə dəyərək, qapıdan azacıq aralı keçdi.
90` Haliloviçin zərbəsindən sonra top qapı tirinə tuş gəldi.
90` İkinci hissəyə 1 dəqiqə əlavə olundu.
Oyun başa çatdı.