
Azərbaycanda iki yeni futbol klubu yaradılıb. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, artıq həmin komandalar növbəti mövsüm I Divizionda iştirak arzusu ilə PFL-ə müraciət ediblər. Lakin Musayev həmin klubların adlarını çəkməyib.
O, hər iki klubun məşqlərə başladığını və vaxtı gələndə adlarının da hamıya məlum olacağını bildirib.