Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq dayandırılan Serbiya - Albaniya ooyunu ətrafında müzakirələr, mübahisələr böyüyür. Sportnet.az-ın məlumatına görə, tərəflər bir-birlərini günahkar çıxarmağa çalışırlar.
Bu gün isə Serbiya hökuməti albanlara rəsmi şəkildə müraciət edərək Albaniya Futbol Assosiasiyasından matçın yenidən, azarkeşsiz keçirilməsinə razılıq veriməsini istəyib. Qarşı görüşün dünənki hakimlər briqadası, UEFA nümayəndəsi bu fikri dəstəkləsə də, qarşı tərəf rədd cavabı verib.
Bundan qəzəblənən Serbiya Futbol Assosiasiyasının rəhbərliyi UEFA-ya ciddi şəkildə ultimatum göndərib. Bildirilib ki, təxribata səbəb olmaları bir yana, albanlar oyunun təkrar keçirilməsinə də razı deyillər. Buna görə Albaniyaya 0:3 hesablı texniki mğəlubiyyət verilsin.
Qeyd edək ki, ilk hissənin sonlarında stadiona böyük Albaniya bayrağının endirilməsilə yaranan qarışıqlıqdan sonra yarımçıq dayandırılıb.