Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona böyük mükafata layiq görülüb. Sportnet.az-ın məlumatına görə, 1986-cı il mundialının çempionunun adı İtaliyada futbolçuların "Şöhrət zalı"na daxil edilib.
Hansı ki, 54 yaşlı Maradona İtaliyada bu ada layiq görülən ilk legioner futbolçudur. Əlbəttə, bu da səbəbsiz deyil. Hər halda onun "Napoli"də möhtəşəm çıxışları nəzərə alınıb. O, Neapol klubunu heyətində 7 il (1984-1991) oynayıb və 188 oyuna 81 qol vurub.
Siyahıya Maradonadan savayı, İtaliya millisi və "Yuventus"un sabiq müdafiəçisi Fabio Kannavaro (italyan futbolçu nominasiyasında), "Milan"ın keçmiş baş məşqçisi Karlo Ançelotti (italyan məşqçi kateqoriyasında), "Yuventus"un baş direktoru Beppe Marotta (italyan direkotr nominasiyasında) və İtaliya millisinin əfsanəvi üzvü Sandro Matsolanın (veteran italiyalı nominasiyasında) da adı salınıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |