
Ötən ilin dekabrında Başqırdıstanın paytaxtı Ufa şəhərində gecə klubunda baş vermiş insidentdən sonra bir nəfərin ölümünə səbəb olan idmançıya hökm çıxarılıb. Sportnet.az-ın məlumatına görə, "Pravda" gecə klubunda baş vermiş davanın iştirakçısı Zurab Davitadzeyə 10 il iş kəsilib.
Davada dostları ilə iştirak etmiş Rusiyanın Yunan-roma güləşi üzrə gənclərdən ibarət milli üzvü ölümcül yaraladığı şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişmişdi. Zurab və yoldaşları olanları etiraf etməsə də, məhkəmə artıq qərarını verib.
Məhkəmənin hökmü hələlik qüvvəyə minməsə də, Zurab cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İdmançı qərardan Apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Davitadzenin dostları - 20 yaşlı Murat Maaşev 9, Boqdan Jerdi isə 7 il azadlıqdan məhrum edilib.