Türkiyə I Liqasında VII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son matçında "Samsunspor" "Elazığspor"la qarşılaşıb.
Bu matçda "Neftçi"dən icarəyə götürülən Cavid İmamverdiyev qonaqların, "Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbilla meydan sahiblərinin start heyətində yer alıb. İmamverdiyev yalnız ilk yarıda meydanda olduğu halda, Mbilla 90-cı dəqiqədə əvəzlənib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 5-ci dəqiqədə "Elazığspor" hesabı açdıqdan sonra İmamverdiyev və komanda yoldaşları ötən gün Hakkaridə silahlı hücum zamanı şəhid olan 3 türk əsgərini hərbi salamla anıblar.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |