Rusiya Premyer Liqasında legioner limitinə dəyişiklik edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə Məşqçilər Birliyinin sədri Mixail Qerşkoviç açıqlama verib.
O deyib ki, növbəti mövsümdən klubların heyətində 10 əcnəbi futbolçu meydana çıxa biləcək: "Legioner limiti ilə bağlı yeni qərar qəbul olunub. Növbəti mövsüm Rusiya çempionatında 10+15 sxemindən istifadə ediləcək. Belə ki, klub mövsüm ərzində Rusiya vətəndaşı olmayan 15-dək futbolçu sifarış edə bilərlər. Əsas heyətdə isə maksimum 10 legionerin oynamasına icazə veriləcək. Yaxın zamanlarda I diviziondada legioner limiti ilə bağlı qərar veriləcək".
Qeyd dedək ki, bu qərar azərbaycanlı futbolçuların Rusiya Premyer Liqasına yolunu aça bilər. Hazırda yalnız Ruslan Abışov müqavilə üzrə qonşu ölkənin "Rubin" klubuna məxsusdur. Lakin o, icarə əsasında "Qəbələ"də çıxış edir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |