Azərbaycan Premyer Liqasının XXI turunun təxirə salınan "Neftçi" - "Qarabağ" görüşündə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. "Ağ-qaralar"ın hücumçusu İmad Faraj qarşılaşmadan sonra Sportnet.az saytına müsahibə verib:
- 4 gün öncə 1:5 hesablı uduzmağınıza baxmayaraq, bu gün qələbə qazandınız. Bu müddətdə nə dəyişdi?
- Ötən görüş sərt təzyiq göstərirdik. Bu gün isə pressinq oyunu oynamadıq. Bəzən gözləyirdik və müdafiədə çox kompakt idik. Əks-hücumlar qururduq.
- Mövsüm sonu avrokuboklara vəsiqə qazanacağınıza inanırsınız?
- Əgər geriyə qalan oyunlarda qələbə qazansaq və "Zirə" finalda məğlub olsa, iştirak edə bilərik.
- Ötən məğlubiyyətinizdə fərqin böyük olmasının səbəbi momentumu itirməyinizlə bağlı ola bilər?
- Ötən oyun müdafiədə kompakt ola bilmədik. Bu matçda onu düzəltdik.
Mikayıl HACIYEV










































































