
Noyabrın
16-da Norveç yığması ilə keçirəcəyi futbol üzrə AVRO-2016-nın seçmə
oyunundan öncə Azərbaycan milli komandası yoxlama görüşü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Mahmud Qurbanovun başçılıq
etdiyi komanda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə qarşılaşacaq.
Görüş noyabrın 9-da İsmət Qayıbov adına Bakıxanov
qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, əsas yığma ilə yanaşı, U-21
millisi də bu gün Bakıda təlim-məşq toplanışına start verir.