Braziliya milli komandasının sabiq futbolçusu Kaka həyat yoldaşı Karolina Seliko ilə həyat yollarını ayırmağı qərara alıb. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, onlar 9 il birgə yaşayıblar.
2005-ci ildə nikaha girən cütlüyün 2 övladı var: 6 yaşlı Luka və 3 yaşlı İzabella. Ümumilikdə isə Kaka və Karolinanın münasibətləri 14 il davam edib. Onlar qarşılıqlı razılıq əsasında boşanıblar.
Qeyd edək ki, Kaka "Milan"la İtaliya çempionluğu, "Real Madrid"lə İspaniya çempionatının qızıl medalını və Çempionlar Liqasını qazanıb. 32 yaşlı yarımmüdafiəçi Braziliya yığmasının heyətində 2002-ci il dünya çempionatını, eləcə də 2005 və 2009-cu il Konfederasiyalar Kubokunu qızıl medalla başa vurub. Hazırda müqavilə üzrə ABŞ-ın "Orlando Siti" klubuna məxsus Kaka 2015-ci ilin martınadək Braziliya "San-Paulu"suna icarəyə verilib.