Ukraynada
fanatlar komandalarını orijinal formada dəstəkləyiblər. Sportnet.az-ın
məlumatına görə, azarkeşlər tribunada manqal yandıraraq kabab bişiriblər.
Bu
hadisə Ukraynanın II liqasının "Obolon-Brovar” – "Enerji” matçında baş verib. Meydan
sahiblərinin fanatları oyunun gedişində manqal yandırıb kabab bişirərək oyunu
izləyiblər.
Qeyd edək ki, oyun "Obolon-Brovar”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.