Türkiyə I Liqasında IX tura yekun vurulub. Sportnet.az-ın məlumatına
görə, həmyerlilərimizin
şərəfini qoruduğu klublar eyni gündə meydana çıxıblar.
Cavid İmamverdiyevli "Elazığspor” "Bucaspor”un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. İmamverdiyev 46-cı dəqiqədə meydana daxil olub.
Branimir Subaşiçli "Manisaspor” "Orduspor”u qonaq
edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 84 dəqiqə çıxış edib.
"Qaziantep BB" "Osmanlıspor"la səfər oyununda 0:2 hesabı ilə geridə və 54-cü dəqiqədə azlıqda olduğu halda heç-heçə əldə edə bilib - 2:2. Millimizin futbolçularından Vaqif Cavadov və Ufuk Budak start heyətində yer alıb. Onlar müvafiq olaraq, 85 və 77 dəqiqə meydanda olublar. Rəhman Hacıyev isə "18-liy"ə belə düşməyiibb.
Mahir Şükürovun sarı vərəqə cəzalısı olduğu matçda "Karşıyaka” səfərdə "Adana Dəmirspor”a uduzub - 2:1.
Əvəzində "Dənizlispor" evdə "Adanaspor"u eyni hesabla yenməyi bacarıb. Rail Məlikov 30-cu dəqiqədə meydana girib. 52-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, "xoruzlar" uzatma dəqiqələrində qələbə topunu vura biliblər.
Türkiyə I Liqası. IX tur
7 noyabr
"Alanyaspor” –
"Boluspor” - 0:3
8 noyabr
"Altınordu” –
"Antalyaspor” - 3:1
"Samsunspor” –
"Şanlıurfaspor” - 0:0
9 noyabr
"Adana Dəmirspor” – "Karşıyaka” - 2:1
"Manisaspor” –
"Orduspor” - 1:0
"Bucaspor” – "Elazığspor” - 3:0
"Osmanlıspor” – "Qaziantep BB” - 2:2
"Dənizlispor” –
"Adanaspor” - 2:1
"Girəsunspor” –
"Kayserispor” - 0:0
Bu nəticələrdən sonra "Elazığspor" 12 xalla 8-ci, "Karşıyaka" 11 xalla 10-cu, "Dənizlispor" 11 xalla 12-ci, "Qaziantep BB" 8 xalla 15-ci, "Manisaspor" 7 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 21 xala malik "Osmanlıspor" başçılıq edir.