Avropa
Liqasında "Qarabağ”la eyni qrupda mübarizə aparan İtaliyanın "İnter”
klubunun sabiq hücumçusu Adrianonun məhkəməsi başa çatdı. Sportnet.az-ın məlumatına görə, braziliyalı qanunsuz narkotika
ticarətində təqsirləndirilirdi.
Braziliya millisinin eks-forvardının günahı
təsdiqlənəcəyi təqdirdə onu 25 il müddətinə azadlıqdan məhrum etmə cəzası
gözləyirdi. Lakin hakim futbolçunu günahsız sayaraq cinayət işini bağlayıb. Adriano
bu barədə fikirlərini bildirib: "Bilirdim ki, hər şey yaxşı olacaq. Mən vicdanlı
insanam. Vergilərimi ödəyirəm və öz ailəmlə fəxr edirəm”.
Qeyd edək ki, bir müddət öncə Adrianonun məhşur narko-ticarətçiyə motosiklet hədiyyə etdiyi və onun cinayət əməllərində istifadə olunduğuna görə cinayət işi açılmışdı.