İtaliya A seriyasında
XI turunun "Verona” ilə oyunundan sonra, "İnter” klubunun rəhbəri Erik Tohir komandanın
baş məşqçisinin taleyini həll etmək üçün klubdaxili təcili iclas keçirib. Sportnet.az-ın
məlumatına görə, Valter Matsarinin komandasının son turdakı nəticəsi klub
prezidentini o qədər narazı salıb ki, o, doğma vətəni İndoneziyaya olan
səfərini təxirə salmalı olub.
Matsarinin taleyinə "Milan”la
oyundan sonra aydınlıq gələcəyi gözlənilsə də, görünür Tohir fikrini dəyişməli
olub. Klubdaxili iclasda bir vaxtlar klubun fəxri prezidenti olan, daha sonra
baş məşqçi narazılığına görə klubdan qovulan Massimo Morattinin də dəvət
olunduğu bildirilir.
Qeyd edək ki, son turda "Verona” ilə evdə 2:2 heç-heçə edən "İnter”, bu matçdan sonra 16 xalla 9-cu pillədə qərarlaşıb.