
Ukrayna
və Litva milliləri arasında 18 noyabr tarixində keçiriləcək yoldaşlıq görüşünün
hakimləri bəlli oldu. Sportnet.az-ın məlumatına görə, matçı Azərbaycanlı
hakimlər briqadası idarə edəcək.
Oyunun
baş hakimliyi Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Namiq Yusifov kömək
edəcəklər. Qarşılaşmanın dördüncü hakimi ukraynalı Sergey Lisençuk olacaq.
Qeyd edək ki, Ukrayna – Litva matçı noyabrın 18-i Kiyevdə Olimpiyski stadionunda keçiriləcək.