Futbol
üzrə Rusiya millisi bu gün Avstriyada təlim-məşq toplanışına başlayıb. Sportnet.az-ın
məlumatına görə, komandanın məşqçilərindən biri olan Kristian Panuççi
toplanışa qatılmayıb.
Rusiya
mətbuatının verdiyi xəbərlərə görə, məşqçi əmək haqqısının ödənilmədiyindən toplanışa qatılmaqdan imtina edib. Panuççinin milli ilə müqaviləsini yeniləməsi
barədə məlumatlar olmasa da, 2014-cü il dünya çempionatından sonra komandanın ilk toplanışında iştirak etdiyi bildirilir.
Komandanın
bu günkü məşqindən sonra bu hadisə barədə açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya millisi 15 noyabr tarixində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya ilə, noyabrın 18-də isə Budapeştdə Macarıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək.