"Qarabağ”ın Avropa Liqasındakı rəqibi İtaliya "İnter”inin
yeni baş məşqçisinin kimliyi böyük ölçüdə həllini tapıb. Sportnet.az-ın İtaliya
mətbuatına istinadən məlumatına görə, bu, 2004 - 2008-ci illərdə "neradzurra”nı
çalışdırmış Roberto Mançinidir.
49 yaşlı mütəxəssislə 2,5 illik müqavilə nəzərdə tutulur.
Bu isə o deməkdir ki, "İnter"i "Qarabağ"la oyuna Mançini çıxaracaq.