İsveçrənin "Portuqal” klubunun 28 yaşlı
yarımmüdafiəçisi Rikardo Ferreyra 50 il futboldan disklafikasiya olunub.
Sportnet.az-ın məlumatına görə, qadağa 2064-cü ilin iyunun 5-nə kimidir.
Belə
ki, hadisə İsveçrənin 4-ü liqasında mübarizə aparan "Portuqal” və "Vorb”
komandalarının görüşündə olub. Rəqibinin 0:1 hesaablı qələbəsi ilə bitən
qarşılaşmada ehtiyat oyunçular skamyasında əyləşmiş Rikardo yaxın məsafədən
bütün gücü ilə topu hakimin üzünə vurur. Şoka düşən hakim futbolçuya qırmızı
vərəqə göstərərək paltardəyişmə otağına yollanır. Lakin Rikardo hakimə çataraq
əsəbini butulkadakı suyu onun başından tökərək çıxır. Komanda yoldaşları araya
girərək onu sakitləşdirib və başqa bir hərəkət etməməsi üçün saxlayıblar.
İsveçrə futbol federasiyasının İntizam Komitəsi əslində Ferreyranı ömürlük futboldan uzaqlaşdırmaq istəyirdilər. Sadəcə oyunçuların cəzalandırılması üçün təyinatlandırılmış kompyuter proqramı cəzanın son tarixini istədiyindən komitə üzvləri 2064 yazıblar. Buna səbəb, bu müddət ərzində Ferreyranın futbol ictimaiyyətinə heç bir zərər verə bilməməsi göstərirlib. Cəza müddəti bitdikdə portuqaliyalı futbolçunun 78 yaşı tamam olacaq.