"Rəqib bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Bu barədə bir şey deyə bilmərik. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı və rəqib qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko evdə "İmişli"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Komandanız niyə istəksiz idi?
- Çünki ac deyillər. Futbolu ac futbolçular oynamalıdır.
- Qalsanız, heyətin yarısını dəyişəcəksinz?
- Hazırda bu istiqamətdə danışqlar yoxdur. Hələ heç nə deyə bilmərəm. Çünki özüm öz taleyimi bilmirəm.






















































































