Futbol üzrə
Yunanıstan millisinin baş məşqçisi almaniyalı mütəxəssis ola bilər.
Sportnet.az-ın məlumatına görə, Yunanıstan Futbol Federasiyası Kristof Dauma
millinin baş məşqçi postunu təklif edib.
Təcrübəli
mütəxəssis bu haqda özü məlumat verib: "Yunanıstan Futbol Federasiyasından mənə
müraciət olundu. Onlar başqa biri qarşısında öhdəliyimin olub-olmadığını
soruşdular. Hal-hazırda konkret təklif gözləyirəm. Biz may ayında yaxşı
danışıqlar aparmışdıq. Lakin onlar Ranyerini seçdilər”.
Qeyd edək ki, Avro-2016-nın qrup mərhələsinin oyununda Farer Adalarına evdə 0:1 hesabı ilə uduzduqdan sonra baş məşqçi Klaudio Ranyeri istefaya göndərilmişdi.