Futbolu
daha baxımlı və maraqlı hala gətirmək üçün UEFA qaydalarda dəyişiklik etmək
istəyir. Sportnet.az-ın məlumatına görə, ehtiyat oyunçuların sayının çoxalması
və 10 dəqiqəlik cəzaların tədbiq olunması gündəmdədir.
Yuarıda
qeyd etdiyimiz qaydaların hələlik həyata keçirilməsi gözlənilmir. Lakin məhşur "İndependent”
qəzetinin etibarlı mənbələrə istinadən məlumatına görə, UEFA bəzi
dəyişiklikləri 2016-cı il Avropa çempionatına kimi yetişdirməyi planlaşdırır.
Gündəmdəki
ən böyük dəyişiklik bir oyunluq mərhələnin penalti vuruşlarını 120 dəqiqənin
sonunda deyil, məhz 90 dəqiqənin ardından və ya oyunun başlama fitindən öncə vurulmasıdır.
Penaltiləri qazanan komanda 120 dəqiqənin sonunda bərabərlik dəyişməzsə növbəti
mərhələyə yüksələcək. Beləcə tərəflərdən birinin müdafiəyə çəkilməsi və ya başqa
sözlə qapı ağzında sədd qurmasının qarşısı alınacaq.
Ehtiyat
oyunçuların sayının 11 nəfərə çatdırılması da gündəmdədir. Digər bir təklif isə
buz xokkeyindəki kimi oyunçuların bir müddətlik cəzalanmasıdır. Bu qərar ilə
bir o qədər ağır qayda pozuntusu etməyən futbolçuların 10 dəqiqəlik meydandan
uzaqlaşdırılması nəzərdə tutulur.
Yeni qaydaların incələnməsi ilə Aleks Ferqyusson məşğul olacağı bildirilir. Ferqyusson UEFA Elit Məşqçilər forumu ilə bir yerdə işləyəcək.