Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda
keçirilən Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransı
keçirilib. Sportnet.az-ın məlumatına
görə, tədbirdə EOC prezidenti Patrik Hikki Ermənistanın da yarışa qatılacağını qeyd edib.
EOC prezidenti Ermənistanın
quruma üzv olan digər 48 ölkə kimi, I Avropa Oyunlarına qatılacağını bildirib:
"Ermənistan Olimpiya Komitəsinin Baş Assambleyada 2 nümayəndəsi iştirak edirdi.
Onlar da təsdiqlədilər ki, Oyunlarda iştirak edəcəklər. Eyni zamanda iclasdan
çox məmnun olduqlarını da bildirdilər. Ermənistan bir komanda kimi Oyunlara
qatılacaq. Ümid edirəm ki, digər nümayəndələr kimi, Bakıda xoş qarşılanacaqlar”.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.