Rusiya
məktəblərində döyüş sənəti tədris olunacaq. Sportnet.az-ın məlumatına görə, bu
barədə üçqat olimpiya çemopionu, deputat Aleksandr Karelin Murmansk vilayətinin
qubernatoru Marina Kovtun ilə görüşündə bildirib.
Aleksandr
Karelin proqramın Təhsil Nazirliyi tərfindən sınaqdan keçirildiyini bildirib: "Bu
proqram Təhsil Nazirliyi tərəfindən sınaqdan keçirilib və İdman Nazirliyinin
İctimai Şurasında təsdiq olunub. Artıq məktəblərdə bu proqram 3-cü dərs kimi
təris olunacaq”.
İdmançı və deputat Karelin İdman Naziri Vitali Mutkonun yenilənmiş proqramı 24 və ya 25 noyabr tarixində imzlayacağına ümid etdiyini deyib.