Londonun
"Arsenal” klubunun futbolçusu Aleksis Sançesin adı qalmaqaldan əksik olmur. Sportnet.az-ın
məlumatına görə, Çilili modelKamila Andrade futbolçunu ciddi şəkildə tənqid
edib.
Söhbət 25 yaşlı futbolçunun gözəl qızlara olan marağından gedir. Bir müddət əvvəl Sançesin meydandakı formsuzluğuna səbəb rəfiqəsi Laya Qrasinin həddindən çox intim münasibət tələb etməsi göstərilmişdir.
İndi
də Andrade futbolçu haqda maraqlı açıqlamalar verib: "Aleksis dünya
çempionatına hazırlaşmaq üçün Çiliyə qayıdanda məni nahara dəvət etdi. O məni
birinci dəfə gəzməyə dəvət edəndə mən dostlarımla birgə idim. Onun təklifinə
razı olmadım. Çünki o mənim tipim deyil. Həm də bilirəm ki, Sançes öz rəfiqəsi
ilə birgə olanda mənə mesaj göndərirdi. Bu isə mənim heç xoşuma gəlmirdi”.
Andrade Sançesin yalançı olduğunu bildirib: "Fevral ayında o Laya ilə Disneylenddə idi. O zaman mənə tək şəklini göndərmişdi, hansı ki, qəzetlərdə onların ikisinin birgə şəklini görmüşdüm. Bu hadisəyə çox güldüm. Mən ona yazdım ki, onlara görə çox sevinirəm və nə vaxtsa ora öz sevgilimlə gələcəm. O isə cavabında bildirdi ki, guya orda hansısa qardaşı oğlu və ya qohumu ilə gəzir. Tam olaraq yadımda deyil. O qsevgilisi barədə heç nə demədi. Ancaq səhərisi gün qəzetlərdə onların şəkilləri yayıldı. Bu çox qəribədi. Bunu bütün qızlar bilməlidirlər – futbolçuların hamısı eynidir, onların heç birinə inanmaq olmaz”.